Fotoshop dərsləri
Dərs1. Gözün rənginin dəyişdirilməsi

Ümumiyyətlə Photoshop-da rəng dəyişməyin bir çox üsulu var indi onlarda birindən istifadə edərək gözün rəngini dəyişməyi göstərək. Bu üsulu təkcə gözdə yox paltarın sacın və.s tez bir zamanda rəngini dəyişmək üçün istifadə edə bilərsiniz.
Başlayaq !
 Xarab eləmək istədiyiniz şəkili acın. Bağışlayın yazanda texniki səf getdi, gözün rəngini dəyişmək istədiyinin şəkili acın. 
Dəyişiklik olunası şəkilimizi acaq. Ctrl və O düymələrin eyni zamanda basın yada menyudan File -->Open (Файл --> Открыть) acılan pəncərədən şəkilimiz tapaq, üstündə iki dəfə mausun sol düyməsini tez-tez vurun acılsın.

Gözün içini seçin, kim necə rahatdı elə seçə bilər, şəkilin görünüşünü böyüdün ki rahat seçə biləsiniz (klaviaturada Ctrl və + düyməsini basın) mən birinci alətlə Elliptical Marquee Tool (M) (Эллиптический) gözün içini seçirəm (seçəndə bir balaca gözün üst qapağı da seçildi, ona görə klaviaturada Alt düyməni basılı saxlayaraq həmin alətlə artıq seçiləni hissəni ləğv edirəm, şəkildəki kimi yalnız gözün rəngini dəyişmək istədiyimiz hissəni seçmək lazımdı).

Hə indi gələk rəngi dəyişməyə, menyudan Image-->Adjust-->Hue/Saturation (Изображение->Коррекция->Цветовой тон/Насыщенность) seçin yada klaviaturada Ctrl və U düymələrini eyni zamanda basın. Acılan pəncərədə (səkildəki kimi) 1. Colorize (Тонирование) qarşısına işarə qoyun, sonra pəncərədəki oxları sağa sola sürüşdürməklə xoşunuza gələn rəng verə bilərsiniz.

Qeyd: Rəng verəndə xanadakı rəqəmləri yadınızda saxlayın, ikinci gözü rəngləyəndə həmin rəqəmlər lazım olacaq əks halda gözlərin rəngi müxtəlif olma ehtimalı yüksəkdi.
 Yenə də  gözün təbii rəngi daha yaxşıdir !!!

Яндекс.Метрика

Ünvan

Seyran Əliyev

Адрес: Lənkəıan rayon Boladi kənd Nahir Axundov adına 1 saylı tam orta məktəbi


Телефон: +994703404097

E-mail: Seyranaliyev@mail.ru

© azfizik

Конструктор сайтов - uCoz