Şəbəkə qurmaq üçün hazırlıq

Şəbəkə qurmaq üçün hazırlıq
Mən şəbəkə qurmağı ilk öyrəndiyim vaxtlarda nə başıma gələcəyini, yəni şəbəkə quran zaman hansı problemlərlə üzləşəcəyimi bilmədiyim üçün mağazaya hər gün getmək məcburiyyətində qalırdım. Belə problemlərin olmamağı üçün şəbəkələri qurmağı izah edərkən bəzi məqamlara da toxunmağı lazımi bilirəm. Onu da deyim ki, mən əsasən VİSTA əməliyyat sistemində şəbəkə quraşdırmağı izah etməyimə baxmayaraq həmin quraşdırma yolları XP ilə tamamı ilə eyni olmasa da, eyni olan, üst-üstə düşən cəhətləri çoxdur.

Şəbəkə kartının yerləşdirilməsi və proqram təminatı.

İlk növbədə bizə kompüter lazımdı. Kompüterin arxasına bax gör telefon girişinə bənzəyən RJ45 jak üçün giriş var, yoxsa yox.Əgər yoxdursa onda get 10/100 Fast Ethernet kartı al. : ) Bunu etməzdən əvvəl əmin ol ki, sənin kompüterində şəbəkə kartını qoşmaq üçün yer mövcuddur. Həmin yerlər yuxarıda göstərilən şəbəkə kartının ağzına, taxılma yerinə uyğun yuvanın, başqa sözlə giriş yerinin mövcud olub olmamağını müəyyən edin. Bunun üçün kompüter qutusunun qapağını açın və çalışın əlinizi içinə salmadan(çünki cərəyan var, vura bilər) baxıb görəsiniz kompüterdə elə yer var, yoxsa yox. Aşağıdakı şəkildə o yer dairəyə alınıbdır.
Əgər elə yer varsa get şəbəkə kartını al. Aldın gəldinsə onda çalış ardıcıllıqla hərəkət edəsən. Özünə ziyan vurmadan kompüteri cərəyandan(tokdan) çıxart yoxsa səni yaxşı silkələyə bilər və sonra qutunun (prosessorun) qapağını aç və dairəyə aldığım yerdə kartı salmaq üçün giriş yerləri var. Çalış ortada olan yeri seç və şurupu aç, kartın sxemini əzmədən onu üst hissədən, yuxarıdan aşağıya doğru sıx və sol tərəfdəki şurup yerinə oturanda onu bağla. Oradan çıxartdığın dəmiri atmamağın məsləhətdir, sonra lazım olur. Kabelləri yerinə tax və kompüteri yandır.
Kompüterdə saat görünən yerdən əsasən yeni bir cihaz qoşulan zaman belə bir mesaj çıxır ki, yeni qurğu quraşdırılıb və kompüter onun nə olduğunu aydınlaşdırmağa çalışır. Bu zaman siz şəbəkə kartının diskini çıxardıb onun Driver-ini yükləyirsiniz. Əgər yüklənib yüklənmədiyindən əmin olmaq istəyirsinizsə o zaman Kompüter açılandan sonra My Computer üzərinə sağ düyməsinin ardınca Properitiesdüyməsini sıx.
Burada göstərilən düymələrin düzülüşü Vista əməliyyat sistemindədir, amma XP-də bu düymə açılan pəncərədə yuxarı menyulardan birində yerləşir.
Açılan pəncərədə Device Manager düyməsini tapın və sıxın.
Əgər şəbəkə kartı yüklənibsə buna oxşar formada şəbəkə kartınızın adı yazılacaqdır. Əgər yükləmə düzgün həyata keçirilməyibsə onda Network adapters şəbəkə kartının adını yox, onun yerinə sarı rəngdə sual göstərəcəkdir. Yəni bilinmir bu nə qurğudur.Bu problem deyil, sadəcə Driver-i yenidən düzgün formada yüklə və yuxarıda yazılanların hamısını düzgün yerinə yetirdiyinə əmin ol.
 İki kompüteri şəbəkə kartları vasitəsi ilə birbaşa qoşma
Bu başlıqda iki kompüteri bir-birinə birləşdirərək şəbəkə yaradacağıq. İki kompüterdən başlamağımın səbəbi həm ən kiçik şəbəkə olmasıdır, həm də evdə əsasən iki kompüter olmasıdır. İlk olaraq bizə nə lazım olacaq ona baxaq. 
  I. 2 metr UTP CAT5e kabel əgər kompüterlər yan-yana qoyulubsa 
  II. 2 dənə RJ-45 jak (2 dənə bəs edir amma 4 dənə alsanız, jakı səhv birləşdirsəniz və xarab etsəniz əsəbiləşmədən, mağazaya getmədən özünüzə bir daha şans verə bilərsiniz. Jak-ın 2008-01-20 tarixindəki qiyməti 40 qəpikdir. Məncə 10 dənə də almaq olar, çox da baha deyil.)
Səhv salmamaq üçün sizə tanış olan telefon jak-ı RJ-11-i də göstərirəm. RJ-45 telefon jak-ından həcmcə böyükdür, amma RJ-45-ə çox oxşayır.

  III. İndi isə keçək quraşdırmağa. Kabeli çarpaz formada düzəldirsiniz. Əgər necə? sualını versəniz. UTP kabel düzəltmə başlığını oxuyun və orada çarpaz kabelin necə düzəldilməsi haqda hər şey yazılıb, ya da ən asan yolu kabeli aldığınız mağazadan hazır çarpaz kabel ala bilərsiniz. Kabel hazır olduqdan sonra onu hər iki şəbəkə kartına salın. Sonra kompüteri yandırın.

VİSTA
Qırmızı ilə işarə olunan yerdə Network(şəbəkə) yazılıb.
Bura daxil olun və aşağıdakı kimi pəncərə açılacaqdır.

XP-də My Network Place kimi adlandırılıb.
VİSTA
Bu pəncərədə Network and Sharing Center düyməsinə bas.
VİSTA
Açılan pəncərənin sol tərəfində yerləşən söz ilə yazılmış düymələr içərisindənManage network connections (Şəbəkə qoşulmalarını idarə et) düyməsini sıx.
XP
XP-də bu düymə My Network place –də sol tərəfdə yerləşir. Ora daxil olun və sol tərəfdəki menyuya baxın. 
XP
View Network Connections sizə Local Area Connection-ı, yəni şəbəkənin qoşulmasını bildirən ikona göstərəcəkdir
View workgroup comuters isə şəbəkəyə qoşulu olan kompüterləri göstərəcəkdir və bu kompüter ikonalarının üzərinə sıxanda onların bölüşdüyü hər şey görünür.

VİSTA və XP
Əgər şəbəkə ikona şəkildə işarə olunan kimi görünürsə şəbəkəniz qoşulu deyil deməkdir.
VİSTA və XP

Əgər şəkildə göründüyü kimi ikona yaranarsa bu limited connectiondeməkdir. Yəni kompüter şəbəkəyə qoşulub amma internet bölüşdürülməsi yoxdur. Bu ikona sizə faylları bölüşməkdə və şəbəkədə kompüter oynamağa imkan verən şəbəkənizin mövcud olduğunu bildirir . 

VİSTA və XP
Açılan pəncərə içindəki qırmızı ilə işarə olunan formada kompüterlər və jak şəkilli bir ikona görünəcəkdir. Əgər ikona görünmürsə o zaman demək olar ki, hələ kompüter collision problemi baş verir. Ona görə kompüterə bir az vaxt verin ki, kabelin qoşulmuş olduğunu bildirsin. Əgər 10 dəqiqədən çox davam edərsə kabelin düzgün olub olmadığını yoxlayın.

VİSTA və XP
Əgər görünürsə onda ikonanın üzərinə sağ düyməni basın və aşağıdaProperities düyməsini sıxın.
Şəbəkə kartını taxıb sürücüsünü (driver) yükləyəndən sonra, XP və Vista şəbəkənin işləməsi üçün lazımi funksiyaları da yükləyir.

Client for Microsoft Networks -Digər kompüterlər üzərindəki paylanılan qaynaqlara çatmağa yarayan client proqramı.
Qos (Quality of Service Networking) Packet Scheduler – şəbəkədə göndərilən paketlərin qəbul edən tərəfdəki texnologiyaya uyğun olması və keyfiyyətli çatması ilə məşğul olur. Çox yerdə haqqında lazımsız funksiya kimi bəhs edilir.

File and Printer Sharing - Öz qaynaqlarımızı(disk, printer v.s.) digər istifadəçilərin istifadəsinə vermək üçün lazımi server proqram.
İnternet Protocol Version 4 (TCP/İPv4) Kompüterlərin öz aralarında danışacaqları dildir, yəni şəbəkə protokoludur. Yazının üzərinə gəlin və onu bir dəfə sıxın işarə olunandan sonra Properities düyməsini sıxın.

İSTA və XP
Şəkildə gördüyünüz yazılar:
İP address
Subnet mask
Default gateway
Preferred DNS server
Alternate DNS server

Lazimı ünvanları daxil edin

© azfizik

Ünvan

Seyran Əliyev

Адрес: Lənkəıan rayon Boladi kənd Nahir Axundov adına 1 saylı tam orta məktəbi


Телефон: +994703404097

E-mail: Seyranaliyev@mail.ru

Конструктор сайтов - uCoz