İnternet 1934-cü ildə ixtira edilib?


İnternet ən azı konsepsiya kimi təxminən 80 il əvvəl belçikalı mütəfəkkir Pol Otle tərəfindən ixtira edilib.
 Bu fakt bu yaxınlarda Nyu-Yorkda keçirilən Ümumdünya Elm Festivalında diqqət mərkəzində olub.
 “Ümumdünya Hörümçək Toru”nun tarixi və gələcəyi müzakirə olunan “dəyirmi masa”nın fəxri qonağı dünyada “İnternetin atası” kimi tanınan Vinton Serf olub. O, bu titula şəbəkənin əsasını təşkil edən texnologiyanın ixtira edilməsində iştirakına görə layiq görülüb.
 "Nyu-York Tayms" qəzetinin veb-səhifəsi üçün məsuliyyət daşıyan Aleks Rayt cənab Serfin xidmətlərini yüksək qiymətləndirərək festivalda iştirak edənlərə xatırladıb ki, bu titula daha çox başqaları layiqdir. Pol Otle hələ 1934-cü ildə başa düşmüşdü ki, dünyanı birləşdirən naqil və radio dalğalar bir gün yalnız boş danışıq və əyləncələrə deyil, elm üçün xidmət edəcək.
 Pol Otle “Radiated Library” adlandırdığı sistemi təsvir etmişdi: hər kəs kitabxanaya zəng edə və lazımi mövzu üzrə məlumat əldə edə bilər. Beləliklə, kitabxanaçılar müvafiq kitabları axtaracaq və səhifələrin təsvirlərini televizorun ekranına göndərəcəklər.
Otle bu xidməti “Televised Book” adlandırmışdı. O, həmçinin qeyd etmişdi ki, eyni anda bir neçə kitabı müqayisə etmək imkanına malik olmaq üçün ekranı bir neçə hissəyə bölmək əlverişli olardı.Pol Otle gələcəkdə kağız kitabların tamamilə yox olacağını da fərz eləmişdi.

© azfizik

Ünvan

Seyran Əliyev

Адрес: Lənkəıan rayon Boladi kənd Nahir Axundov adına 1 saylı tam orta məktəbi


Телефон: +994703404097

E-mail: Seyranaliyev@mail.ru

Конструктор сайтов - uCoz