Fizika kurikulumu 

 

FizikaAzərbaycan Respublikasının ümumtəhsilməktəbləri üçün Fizika fənni kurikulumu (X-XI siniflər) 

Xsinif

 

Xsinfin sonunda şagird:

 

 • mexaniki və istilik hadisələrinin yaranmasəbəblərini izah edir, qanun və qanunauyğunluqlarına aid məsələlər həll edir;

 • mexaniki və istilik hadisələrini və onlarıxarakterizə edən fiziki kəmiyyətləri əlaqəli şərh edir;

 • maddələrin qarşılıqlı çevrilməsini onlarındaxili quruluşu ilə əlaqələndirir və buna aid məsələlər həll edir;

 • təbiətdəki əlaqəli sistemlərdə cisimlərin vəcismin hissəciklərinin qarşılıqlı təsirinin rolunu izah edir və bunlara aidməsələlər həll edir;

 • mexaniki və istilik hadisələrinə dairqanunları təcrübədə yoxlayır, onları xarakterizə edən fiziki kəmiyyətlərarasındakı asılılıqları müəyyənləşdirir;

 • fizika elminin istilik texnikası və texnikiqurğuların inkişafında rolunu dəyərləndirir, onların tətbiqinə dair təqdimatlaredir. 

Məzmunxətləri üzrə əsas və alt-standartlar 

1.Fiziki hadisələr, qanunauyğunluqlar, qanunlar.

 

 Şagird:

 1.1. Fiziki hadisələrə dair bilik vəbacarıqlar nümayiş etdirir.

 1.1.1. Mexaniki və istilik hadisələrinin qanunvə qanunauyğunluqlarla əlaqəsini şərh edir.

 1.1.2. Mexaniki və istilik hadisələrinin qanunvə qanunauyğunluqlarına aid (qrafik, kəmiyyət və keyfiyyət tipli) məsələlərqurur və həll edir.

 1.1.3. Mexaniki hərəkəti, istilik hərəkətinixarakterizə edən kəmiyyətlər arasındakı əlaqəni şərh edir.

 1.1.4. Mexaniki və istilik hadisələrinintətbiqinə dair təqdimatlar edir.

 

2.Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər.

 

 Şagird:

 2.1. Materiyanın formalarına dair bilik vəbacarıqlar nümayiş etdirir

 2.1.1. Maddələrin qarşılıqlı çevrilmələrinişərh edir.

 2.1.2. Maddələrin qarşılıqlı çevrilmələrinədair müxtəlif tipli məsələlər qurur və həll edir.

 2.1.3. Maddələrin xassələrini daxiliquruluşuna görə şərh edir.

 2.1.4. Maddələrin daxili quruluşu ilə bağlımüxtəlif tipli məsələlər qurur və həll edir.

 

 2.2. Təbiətdəki əlaqəli sistemlərdə qarşılıqlıtəsiri mənimsədiyini nümayiş etdirir.

 2.2.1. Təbiətdəki əlaqəli sistemlərdəcisimlərin və cismin hissəciklərinin qarşılıqlı təsirinin rolunu dəyərləndirir.

 2.2.2. Əlaqəli sistemlərdə cisimlərin vəcismin hissəciklərinin qarşılıqlı təsirinə dair məsələlər həll edir.

 

3.Eksperimental fizika və müasir həyat.

 

 Şagird:

 3.1. Təcrübələr aparır, nəticələri təqdimedir.

 3.1.1. Mexaniki və istilik hadisələrinə dairqanunları təcrübələrlə yoxlayır, nəticələrini təqdim edir.

 3.1.2. Mexaniki və istilik hadisələrinixarakterizə edən fiziki kəmiyyətlər arasındakı asılılıqları müəyyənləşdirir.

 

 3.2. Müasir həyatın inkişafında fizika elmininrolunu mənimsədiyini nümayiş etdirir.

 3.2.1. Texnikanın inkişafında iş prinsipinə,mexaniki və istilik hadisələrinə əsaslanan qurğulara dair təqdimatlar edir.

 3.2.2. Texnikanın (mexaniki və istilikqurğuları) inkişafında fizika elminin roluna dair tədqiqatlar aparır,nəticələrini təqdim edir.

  

 

 

XIsinif

 

 

XIsinfin sonunda şagird:

 

 • elektromaqnit, atom, nüvə hadisələrininqanun və qanunauyğunluqlarını izah edir, onlara aid məsələlər qurur;

 • zərrəciklərin hərəkətini xarakterizə edənkəmiyyətlər arasındakı əlaqələri şərh edir;

 • maddə və sahə hissəciklərinin qarşılıqlıçevrılməsini şərh edir, onlara aid məsələlər qurur və həll edir;

 • maddələrin qarşılıqlı çevrilmələrini izahedir, onlara aid məsələlər qurur, həll edir;

 • əlaqəli sistemlərdə qarşılıqlı təsirinxüsusiyyətlərini şərh edir və onlara aid məsələlər həll edir;

 • elektromaqnit, atom və nüvə hadisələrinə aidqanun və qanunauyğunluqları təcrübədə yoxlayır, fiziki kəmiyyətlər arasındakıasılılıqları müəyyənləşdirir;

 • texniki qurğuların müasir həyatda roluna,onların inkişafının fizika elminə verdiyi töhfələrə dair referatlar hazırlayır.

 

Məzmunxətləri üzrə əsas və alt-standartlar

 

1.Fiziki hadisələr, qanunauyğunluqlar, qanunlar.

 

 Şagird:

 1.1. Fiziki hadisələrə dair bilik vəbacarıqlar nümayiş etdirir.

 1.1.1. Elektromaqnit, atom və nüvəhadisələrinin qanun və qanunauyğunluqlarla əlaqəsini şərh edir.

 1.1.2. Elektromaqnit, atom və nüvəhadisələrinin qanun və qanunauyğunluqlarla əlaqəsinə aid (qrafik, kəmiyyət vəkeyfiyyət tipli) məsələlər qurur və həll edir.

 1.1.3. Yüklü zərrəciklərin, atom və nüvədaxilizərrəciklərin hərəkətini xarakterizə edən kəmiyyətlər arasında əlaqəni şərhedir.

 1.1.4. Elektromaqnit, atom və nüvəhadisələrinin tətbiqinə dair təqdimatlar edir.

 

2.Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər.

 

 Şagird:

 2.1. Materiyanın formalarına dair bilik vəbacarıqlar nümayiş etdirir.

 2.1.1. Maddə və sahə zərrəciklərininqarşılıqlı çevrilməsini şərh edir.

 2.1.2. Maddə və sahə zərrəciklərininqarşılıqlı çevrilmələrinə dair müxtəlif tipli məsələlər qurur və həll edir.

 2.1.3. Maddələrin qarşılıqlı çevrilmələrini vəxassələrini zərrəciklərin təbiəti ilə izah edir.

 2.1.4. Maddələrin qarşılıqlı çevrilmələrindəzərrəciklərin rolu ilə bağlı müxtəlif tipli məsələlər qurur və həll edir.

 

 2.2. Təbiətdəki əlaqəli sistemlərdə qarşılıqlıtəsiri mənimsədiyini nümayiş etdirir.

 2.2.1.Təbiətdəki əlaqəli sistemlərdə(qravitasiya, elektromaqnit, güclü və zəif) qarşılıqlı təsirin xüsusiyyətlərinişərh edir.

 2.2.2. Əlaqəli sistemlərdə (qravitasiya,elektromaqnit, güclü və zəif) qarşılıqlı təsirin xüsusiyyətlərinə dairməsələlər qurur və həll edir.

 

3.Eksperimental fizika və müasir həyat.

 

 Şagird:                                                                                              

 3.1. Təcrübələr aparır, nəticələri təqdimedir.

 3.1.1. Elektromaqnit, atom və nüvəhadisələrinə dair qanun və qanunauyğunluq¬ları təcrübələrlə yoxlayır,nəticələrini təqdim edir.

 3.1.2. Elektromaqnit, atom və nüvəhadisələrini xarakterizə edən fiziki kəmiyyət¬lər arasındakı asılılıqlarımüəyyənləşdirir.

 

 3.2. Müasir həyatın inkişafında fizika elmininrolunu mənimsədiyini nümayiş etdirir.

 3.2.1. Texniki qurğuların müasir həyatdarolunu dəyərləndirir və müxtəlif məzmunlu referatlar hazırlayır.

 3.2.2. Müasir texnikanın inkişafında fizikaelminin roluna dair tədqiqatlar aparır və referatlar hazırlayır.

 

Яндекс.Метрика

© azfizik

Ünvan

Seyran Əliyev

Адрес: Lənkəıan rayon Boladi kənd Nahir Axundov adına 1 saylı tam orta məktəbi


Телефон: +994703404097

E-mail: Seyranaliyev@mail.ru

Конструктор сайтов - uCoz