|
FİZİKLƏR Abdulla İbrahim oğlu Muxtarov Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Abdulla İbrahim oğlu Muxtarov
Anadan olduğu yer: Rusiya Federasiyası, Dağıstan Muxtar Respublikası, Rutul rayonu, Saxur kəndi
Təvəllüdü: 24.12.1918
Təhsili: Azərbaycan Dövlət Universiteti, Fizika fakültəsi, fizik-nəzəriyyəçi
Elmi dərəcəsi: Fizika-riyaziyyat elmləri doktoru
Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 01.04.02; 01.04.16 - Nəzəri-fizika, nüvə-fizikası
Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 1972, fizika
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 130
Xaricdə çıxmış elmi əsərlərin sayı: 50
Əsas elmi nailiyyətləri:
1. Elmi rəhbərimlə birgə (Sokolov A.A.) Fermionları uzununa (spirallığı), fotonların xətti dairəvi polyarizasiyasını nəzərə alan metod təklif etmişik (1948-cü il).
2. Həmin metod mənim tərəfimdən ixtiyari istiqamətli polyarizasiyanı nəzərə almaq üçün ümumiləşdirilmişdir (1963-cü il).
3. Azərbaycanda nəzəri fizika məktəbini yaratmışam.
4. Yüksək enerjili polyarizə olunmuş zərrəciklərin elektrodinamikasının yaradılmasında intensiv iştirak etmişəm. İlk dəfə spinləri 3/2, 5/2, 7/2 və t/2 olan zərrəciklərin pronaqatorlarını qurmuşam.
5. Bu əsasda ete- dəstələrinin fermionlara, odronlara, vozonlara, rezonanslara və başqa zərrəciklərə çevrilməsi istiqamətində böyük həcmdə tədqiqat işi aparılmış və təcrübə ilə müqayisə edilmişdir, yaxşı uyğunluq alınmışdır.
6. Zəif-elektromaqnit qarşılıqlı təsirlərin standart modelində fərz olunan z-bozondan əlavə z'-bozonun da varlığını tələb edən EtxE8 modelində tədqiqat işləri aparılmışdır.
Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 25
elmlər doktorlarının sayı: 4
Əsas elmi əsərlərin adları:
К теории аннигиляции электронов и позитронов, Вестник МГУ, №8, 63, 1948
Поляризационные эффекты при распаде p°→е-+е- +γ ЖЭТФ, 37, 575, 1959
Исследование электророждение нуклонных резонансов на поляризованных протонах, Nuovo Cuniento, GA, №1, 13,1971
Суперструнный z' бозон в радиационный е+е- аннигиляции Я.Ф. т. 58, №7, 1288-1297, 1995
Power correction to the pion-photon transition form factor Fπγ(Г2)International Journal of Modern Physics A, vol. 16, №18, (2001), 3179-3190 Təltif və mükafatlar:
Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı - 1969; "Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar. Şərəfli əməyə görə" medalı - 1970; "1974-cü il sosialist yarışının qalibi" - 1974; "Azərbaycan SSR xalq təhsili əlaçısı" medalı - 1975 "Şərəf nişanı" ordeni - 1978; "SSRİ-nin təhsil əlaçısı" medalı - 1980; "Əmək veteranı" medalı - 1981; Azərbaycanın Əməkdar Elm Xadimi - 1992; Azərbaycan Respublikasının "Şöhrət" ordeni - 1998; BDU-nun "Xatirə" medalı - 1998
Pedaqoji fəaliyyəti:
1950-ildən Bakı Dövlət Universitetində baş müəllim, dosent, professor işləyirəm. İki tədris kitabının müəllifiyəm. "Statistik fizika", 1961-ci il, "Kvant mexanikası", 1999-cu il.
İş yeri və ünvanı:
Bakı Dövlət Universiteti, Azərbaycan Respublikası, Bakı ş., Z.Xəlilov küç.,23
Vəzifəsi: Professor (nəzəri fizika kafedrası).
|
|