Fizikanın tədrisində İKT-dən istifadə                                                 

           Müasir dövrdə fizka elmi-texniki tərəqqenin aparıcı qüvvəsidir.Buna görə də şagirdlərin orta məktəbdə aldıqları biliklərinfəaliyyət dairəsini maksimal dərəcədə genisləndirməyə ehtiyac vardır.  Bu sahədə labaratoriya işlərinə geniş ehtiyac olsa da bir sıra məktəblərdə demək olar ki, labaratoriya avadanliqlari qeyri-işləkvəziyyətdədir.  Lakin bilirsiniz ki,artiq bütun məktəblərə komputer dəstləri və elektron dərslik verilmişdir. Artiqasaği siniflərdə də informatika dərsinin tədrisi şagirdlərə fizika dərsindəelektron dərsliklərindən müstəqil surətdə istifadə etməsini təmin edir. Bu dafizka dərsində şagirdə elektron dərslikdən istifadə etmək qaydasını öyrətməküçun sərf olunan əlavə vaxt itgisini aradan qaldırır. Özundə labaratoriya işləriilə yanaşı testlər, fiziki hadisələrin modelləşdirilmiş video görüntüsü, fizikaqanunları və düsturlari , eləcədə alimlər haqqında məlumatlari toplayan Fizikaelektron dərsliyi ilə dərsi çox effektiv şsəkildə keçirtmək olar. Elektron dərslikçox mükəmməl hazirlanmisdir. Burada lazimi məlumati mündəricat və ya sorğuvasitəsi ilə tapib, muxtəlif səsli və yazılı qeydlər edə bilərik. Elektron dərslikdənistifadə qaydasi dərsliyə aid metodik vəsaitdə olduğu üçün bu barədə çoxdanismaq istəmirəm. Sadəcə bunu əlavə edə bilərəm ki, dərslikdə olanvideomaterialları əvvəlcə səssiz rejimdə sagirdlərə nümayiş etdirməklə şagirdlərəvideomaterialda hansı fiziki hadisədən, hansi qanunun doğruluğunun yoxlanılmasındanvə s. bəhs olunduğunu sual vermək, bu hadisənin izhını soruşmaq olar. Şagirdlərincavabından sonra fraqmenti səsli rejimdə təkrar nümayis etdirmək yaxsi olardi.

       Təbii ki,  multimedia dərslikləri elə hazırlanıb ki,nəzərdə tutulmüş lobaratoriya işlərindən əlavə təcrübələr aparmaq mümkün deyil.Dərs zamanı internetdəki fizika resurslarina da müraciət etmək olar. İnternetdeAzərbaycan dilində fizika fənninə aid resurslar azda olsa vardır.

      Hər hansı qanunun, eləcədə ixtiyari bir hadisəninnşagirdlər tərəfindən daha aydın qavranılması, müstəqil olaraq virtualtəcrübələrin aparılması üçün Crocadil Physics proqramı gözəl bir proqramdır. Proqramda fizikanın “Dinamika”, “Optika”və “Elektrik” bölməsiinə aid təcrübələr aparmaq olar. Bu proqramınn pulsuzversiyasını hər kəs internetdən tapıb yükləyə bilər.  Proqramı hazırladığım www.azfizik.narod.ru  saytındakı “Fiziklər üçün proqram” bölümündəndə yükləyə bilərsiniz (http://azfizik.narod.ru/fiziklr_n_proqram/. Proqram rar formatında olduğu üçün öncə kompüterə Winrar proqramıyüklənilməlidir. Proqramla işləməyi öyrənmək üçün saytda videodərslik də yerləşdirilmişdir.)

        Crocadil Physics  proqramında elektrik bölməsinə baxaq. Nümünəüçün naqillərin paralel birləşməsində dövrənin bütün hissələrindəgərginliklərin eyni (U=U1=U2) olduğunu, ümumi cərəyanşiddətinin isə  dövrənin budaqlanmışhissələrindəki cərəyan şiddətlərinin cəminə bərabər olmasını (I=I1+I2)yoxlayaq.  Proqramı çalışdırdıqdan sonra Toolbars  bölümündən  düyməsini seçirik. Alətlər panelində  elektrik bölməsindəki laboratoriya işləriniaparmaq üçün avadanlıqlarının piktoqramlarını görmüş olarıq. Təcrübəmiz üçünlazımı avadanlığın üzərində mausun sol düyməsini sıxılı saxlamaqla həminobyekti işçi səhifəsinə sürüşdürüb gətiririk. Batareykalar, reostat, elektrikaçarı və iki elktrik lampasını işçi səhifəyə gətirib, onları naqillərləşəkildəki kimi birləşdirək.  Dovrənin həmumumi, həmdəki budaqlanmış hissələrində olan lampalardakı  gərginlik və  

cərəyan şiddətlərini ölçmək üçün voltimetr və ampermetr daxil edək. Bucihazları baş menyudakı Measure menyusundanAd meters - Ammmetr Voltmetr menyusundan daxil edəbilərik.  Şəkildə olduğu kimivoltimetrlər dövrəyə paralel, ampermetrlər isə ardıcıl qoşulur. Proqramda artıqnaqilləri və detalları  düyməsi ilə silə bilərik. Dövrədəki voltimetrlərinvə ampermetrlərin göstərişinə əsasən görünür ki,  paralel birləşmədə dövərnin bütün hissələrindəgərginliklərin qiyməti eyni, umui cərəyan şiddəti isə ayrı ayrı hissələrdəkişərəyan şiddətlərinin cəminə bərabərdir. Reostat vasitəsi ilə cərəyan şiddətinidəyişməklə yuxarıdakı ifadənin doğruluğunu birdaha görmüş oluruq. Bütün bunlarişagirdlərə göstərdikdə və ya şagirdlər özləri bu təcrübələri virtual yerinəyetirdikdə bu kimi dərslər onlar tərəfindən daha anlaşıqlı qavranılır.

 

           Crocadil Physics  proqramında “Dinamika” bölməsindən dəbir  təcrübəyə baxaq.  Nümünə üçün  riyazi rəqqasın hərəkətini izləyək. Bunun üçünToolbars bölümündən  düyməsini seçirik. Sonra alətlər panelindən  obyektini işçi sahəyə gətiririk. Alətlərpanelində rəqqasin amplitudunun, uzunluğunun və sapdən asılmış kürəninkütləsinin qiyməti verilmişdir. 

Bu qiymətləri dəyişmək olur. . Riyazi rəqqası tarazılıqdan çıxarıbonun dövretmə periodunu qeyd edirik Sonra yükün kütləsini dəyişmədən sapınuzunluğunu  4 dəfə artırmış olsaq, rəqsperiodunun 2 dəfə artdığını görmüş olarıq. Yükün kütlsini dəyişdikdə riyazirəqqasın periodunun dəyişmədiyini görərik. Beləliklə şagirdlər hadisəninmodelini izləyib, ölçmələrdən aldıqları qiymətlərdən öyrənirlərki riyazi rəqqasındövretmə periodu yükün kütləsindən asılı olmayıb sapın uzunluğunun kökaltısıilə düz mütənasibdir.

        

        Lobaratoriya işləri vətəcrübələri aparmaq üçün  www.portal.edu.az saytında olan materiallardanda istifadə etmək olar. Saytın “Fizika” bölümündə olan təcrübələr və testlərçox gözəl hazırlanmışdır.  Bu işlər  orta məktəb proqramına uyğun olmaqla yanaşı,şagirdlərin yaş həddinə də uyğundur. Həmin təcrübə işləri il həm online rejimde çalışmaqlayanaşı, eyni zamandaöncədən onları komputerin yaddaşına yükləyib, sonradan internet olmadan beləçalışdırmaq olur. Saytda aşağıdakı təcrübə işləri vardır:

 

Cisimlərin elektriklənməsi

Elektrik dövrələri  

Ətalət        

Maye və qazların genişlənməsi 

Müstəvi güzgülər  

Səthi gərilmə qüvvəsi     

Ümumdünya cazibə qanunu              

Xətti harmonik assilyator         

Elektrik mühərriyi           

Temperatur          

Bərabərtəcilli hərəkət

Elektrik sahəsi      

Atmosfer təzyiqi            

Temperatur (müəllimlər üçün)  

Bərabərtəcilli hərəkət (müəllimlər üçün)

Elektrik sahəsi (müəllimlər üçün)

Atmosfer təzyiqi (müəllimlər üçün)    

Elektrik mühərriyi (müəllimlər üçün)            

Arximed qanunu            

Bernulli qanununun tətbiqi

       İnternet resurslarından www.shagird.info saytından da istifadəetmək olar. Saytın “Fizika” bölümündə  VII-XI siniflərüçün  mövzular üzrə interaktiv testləryerləşdirilmişdir.

       Bəzən İnternetdəAzərbaycan dilində resursların az olduğundan gileylənirik.

Halbuku həmin boşluqları biz müəllilər doldurmalıyıq.  Bunun üçün hazırladıqımız elektronmaterialları yerləşdirmək üçün pulsuz domenlərdə sayt və ya bloqlar yaradıb,orda yerləşdirə bilərik. Əgər bu cür saytlar yaratmaq problem yaradırsa,hazırladığınız  materialları yuxarıda adıçəkilən saytlara göndərə bilərsiniz.

         Təhsil Nazirliyininxətti ilə orta məktəblərin internetlə təmin olunması

müəllim və şagirdlərə geniş imkan açır. Sevindirici haldır ki, artıqbir çox fənnlər üzrə  müəllimlər sosialşəbəkələrdə ixtisasları ilə bağlı qruplarda birləşir, mütəmmadi olaraqtelekonfranslar keçirirlər. Bu qruplarda müəllimlər təcrübələrini və hazırladıqları elektron materiallarıpaylaşır, bir-birilərinə yardımçı olurlar. Bu qruplardan ixtisasıniz  üzrə testlər, virtual lobaratoriya işləri,təqdimatlar və s götürə bilərsiniz. Belə qruplardan aşağıdakıları göstərməkolar.

www.facebook.com/groups/fizikler/   (Fizika müəllimləri üçün )

www.facebook.com/groups/inf.muallim/(İnformatika müəllimləri)

www.facebook.com/groups/438756822854995/(Sinif müəllimləri)

         Umumiyyətlə komputertexnologiyasi tədris prossesinin təskili üçün çoxlu yeni imkanlar verir. Beləki, təkcə elektron dərsliklərlə kifayətlənmək lazim deyil. Məselen komputerinköməyi ilə ən sadə halda POWER POİNT və ya digər qrafika proqramlardan istifadəetməklə müxtəlif fiziki hadisələrin üç ölçülü modellərini qurmaq, müxtəlifanimasiyalar yaratmaq olar. Bu kimi materiallar sagirdlərə keçdiklərimövzularin mənimsəməyə və bu mövzu barədə duzgun fikir yürütməyə böyük kömək ədir.“ PowerPoint” proqraminda “Hyperlink” mənyusundan istifadə etməklə yaratdiğimiztestlərə interaktivlik vermək olarki , sagird seçdiyi cavabi vurduqda monitoracavabin səhf və ya düzgün olduğu barədə informasiya çixsin. Bunun üçün POWERPOİNT proqramında  ayrılıqda iki faylyaradırıq. Faylın birində “Cavab doğrudur!” , digərində isə “Cavab səhfdir!”slaydı yaradıb, onlara animasiya və səs effektləri veririk. Sonra proqramdayeni bir fayl açıb diaqramlar daxilində testlər hazırlayırıq.  Səhf cavablar ayrı-ayrılıqda seçib, “Hyperlink”(Qipersılka)  menyusundan istifadəetməklə “cavab səhfdir” faylı ilə bağlantı qururuq. Eyni qayda ilə testlərindüzgün cavablarınada “Cavab düzdür” faylı ilə bağlantı qururuq.  Beləliklə şagid  cavabi seçdikdə ekrana cavabın səhf və yadoğru olması barədə məlumat çıxır. Bu isə qısa müddət ərzində sagirdinözü-özünü çoxlu suallarla yoxlaması deməkdir.

        Gəlin etiraf ədək ki,ənənəvi dərsdən fərqli olaraq, interaktiv metodla və komputer texnologiyasi iləkeçilən dərs şagirdlər üçun də maraqlıdır. Bu vasitələrdən istifadə etməkləsagirdlərdə bu fənnə böyük maraq oyatmaq olar.

 

                                                                      Seyranaliyev@mail.ru

                                                                      www.azfizik.narod.ru

                                              

                           

  Lənkəran rayon Boladi kənd 1 №-li tam orta  məktəbin fizika müəllimi Seyran Əliyev

 

© azfizik

Ünvan

Seyran Əliyev

Адрес: Lənkəıan rayon Boladi kənd Nahir Axundov adına 1 saylı tam orta məktəbi


Телефон: +994703404097

E-mail: Seyranaliyev@mail.ru

Конструктор сайтов - uCoz