Kompüterinizdən səs gəlirsə

Elə vaxtlar olur ki Kompüterinizi açmaq istəyirsiz, amma kompüteriniz açılmır.
Açılmaq əvəzinə Sistem Blokundan siqnallar gəlir.
Sizdə bu halda əlacsızlıqdan Kompüteri təmirə gətirirsiniz. Bu səs siqnallarından kompüterinizin probleminin nə olduğunu özünüz deə öyrənə bilərsiniz.
Sizlərə BİOS-un xəta siqnallarının anlamını təqdim edirəm.

Əgər kompüterimizdə Sistem Blokundan bir neçə ard-arda siqnallar gəlirsə bu Kompüterinizin sizə göndərdiyi mesajdır.
Aşağıdakı siqnalların sayı ilə kompüteriniz problemini özünüz tapa biləcəksiniz.


Fasiləsizı Səs - Güc qaynağı xətası,
Bir çox qısa bip - Ana plata xətası,
1 uzun - Yaddaş təzələnilməsində səhv,
1 uzun 1 qısa - Ana plata və ya BIOS çipi xətası,
1 uzun 2 qısa - Ekran kartı səhvi, (əsasən köhnə kartlardakı DIP switch əsaslıdır)
1 uzun 3 qısa - Ekran kartı səhvi,
2 uzun 1 qısa - Ekran kartı səhvi, (RAMDAC əsaslı)
2 qısa - Yaddaş parity səhvi,
3 qısa - Yaddaşın ilk 64kb-lıq hissəsində səhv,
4 qısa - Timer səhvi,
5 qısa - Prosessor səhvi,
6 qısa - Klaviatura prosessoru səhvi,
7 qısa - Prosessor səhvi,
8 qısa - Ekran kartı yaddaşında oxuma/yazma səhvi,
9 qısa - BIOS ROM səhvi,
10 qısa - CMOS oxuma/yazma səhvi,
11 qısa - Tampon Yaddaş Səhvi

Səbəbini bildikdən sonra, qurdalayıb tamam yararsız vəziyyətə salmadan gətirirsəniz, kiçik bir xərc ilə düzələr
 

© azfizik

Ünvan

Seyran Əliyev

Адрес: Lənkəıan rayon Boladi kənd Nahir Axundov adına 1 saylı tam orta məktəbi


Телефон: +994703404097

E-mail: Seyranaliyev@mail.ru

Конструктор сайтов - uCoz