Əməliyyat sistemi.

Fərdi kompüterlər üçün yaradılmış ilk əməliyyat sistemi 1981-ci ildə Microsoft firması tərəfindən İBM PC tipli kompüterlər üçün yaradılmış MSDOS əməliyyat sistemidir.

1988 –də bu əməliyyat sistemi əsasında Windows əməliyyat sistemi yarandı. Versiyaları: 3.1,3.11,95,98,98SE,2000,ME(Milenium),NT,XP,Vista.

Fayl anlyışı :

Fayl –kompüterin yaddaşının adlandırılmış hissəsidir. 2 cür olur. Mətn faylları və ikili faylları. İstifadəçinin işi üçün nəzərdə tutulan fayllar nəzəri fayllar adlanır. Qalan fayllar ikili fayllardır.

Faylları işarə etmək üçün fayl adından istifadə olunur. Fayl adı bir birindən nöqtə (∙) işarəsi ilə ayrılan 2 hissədən ibarətdir. I hissə faylın bilavasitə adı adlanır. Bu adda MSDOS –da max 8 simvol, Windows –da max 256 simvol ola bilər. Adda * və ? işarəsindən başqa bütün simvollardan istifadə oluna bilər. Lakin faylın ixtiyari maşında açılmasını istənsə onun adında yalnız latın əlifbasının hərflərindən və rəqəmlərdən istifadə etmək tövsiyə olunur.

Faylın bilavasitə adı fayla istifadəçi tərəfindən ixtiyari verilir.

Fayl adının II hissəsi fayl adının genişlənməsi adlanır və ən çoxu 3 simvoldan ibarət olur.

Ad genişlənməsi fayldakı informasiyanın xarakteri haqqında məlumat verir.

Misal : word-.doc

excell-.xls

access-.mdb

power point -.ppt və ya .pps

paint -.bmp

multimedia-.mp3

  videoinfro-.avi

Əmr(icra edən ,yerinə yetirilən) fayl adı genişlənmələri aşağıdakılardır :

.com, .bat, .exe

Proqramlaşdırma dillərində yazılmış proqram mətinlərinin aşağıdakı ad genişlənmələri var.

Fortran - .for

Basic - .bas

Pascal - .pas

C++ -.cpp

C - .c

Fayl yaddaşda öz növbəsində MSDOS –da kataloq, WINDOWS –da isə qovluq adlanan yaddaş hissəsində saxlanır. Onları da işarə etmək üçün qovluq adından istifadə olunur. Fayl adından olaraq burada ad genişlənməsi olmur. İxtiyari kataloqda ixtiyari sayda fayl və ya başqa kataloq ola bilər. Qovluq daxilində 2 eyni adlı fayl ola bilməz (müxtəlif qovluqlarda ola bilər).

Fayl və qovluqlarda öz növbəsində yaddaşda məntiqi disk adlana disklər də yerləşir. Bu diskləri işarə etmək üçün latın hərflərinin böyük hərflərindən istifadə olunur. A, B, C, D, E, F, G

A və B hərfləri diskavodların diskləri üçün nəzərdə tutulur. C və D diskləri daimi yaddaş üçün nəzərdə tutulur. E diski CD ROM, DVD ROM üçün nəzərdə tutulur. F və G flash cardlar üçün nəzərdə tutulur. İxtiyari məntiqi disk baş kataloqla başlayır. Həmin kataloqun daxilində yerləşən fayl və kataloqlar I səviyyə kataloqlar adlanır. Səviyyənin daxilində yerləşən II səviyyə kataloq adlanır. Buna kataloq ağacı deyirlər. Buna görə kompüterdə fayl sisteminin iyerarxik struktura malik olduğu deyilir.

MS –DOS əməliyyat sisteminin əsas əmrləri.

MSDOS əməliyyat sistemi yükləndikdə ekrana aşağıdakı formalı əmr sətri çıxarılır.

C:\> ; A :\>

1. Mətn faylının yaradılması.

copy con faylın adı –mətni -F6 Enter


2. del faylın adı. Enter –göstərilən adlı fayl yaddaşdan silinir.

3. ren faylın adı 1 faylın adı 2 Enter –fayl adı. 1 –in adını fayl adı 2 –yə dəyişər.

4. copy fayl adı 1 fayl adı 2 Enter –fayl adı 1 –in təkrarını alır, fayl adı 2 –adı ilə yaddaşda saxlayır.

5. move fayl adı kataloq adı Enter –fayl adı faylını, kataloq adı kataloquna göndərir.

6. move kataloq adı 1 kataloq adı 2 Enter –fayl adı faylını, kataloq adı 2 –yə dəyişir.

7. md (disk : yol) Enter –göstərilən yerdə kataloq yaradır.

C:\K1\K2\ fayl 1.doc –Enter fayla yoldur. Faylın yerini göstərir.

(disk :) –göstərilməyə də bilər. Bu zaman cari kataloqu göstərir.

8. rd(disk : )yol -Enter göstərilən yerdəki boş kataloqu ləğv edir.

9. cd( disk :) yol –Enter cari kataloqu göstərilən yerdəki kataloqla əvəz edir.

10. dir –cari kataloqun tərkibini göstərir.

(dir(disk :) yol) belə də göstərilə bilər.

11.date –maşındakı cari tarixi göstərir. 

12. time –maşında cari saatı göstərir.

New time ilə yeniləmək olar.

13 .type fayl adı –göstərilən faylı açıb ekrana gətirir.

14. copy / b fayl adı prn

Göstərilən faylı çap qurğusu ilə çapa göndərir.

Sual işarəsi faylın adında faylın axtarışı zamanı ixtiyari simvolun yerini göstərir.

Məs : A??.doc –yazdıqda I hərfi A olan 3 hərfli doc faylları ekrana çıxarır.

* simvolu fayl adında ixtiyari sayda və ya ixtiyari simvolları bildirir.

Məs : *.doc –doc ad genişlənmələri olan bütün fayları verəcək. Ona görə ? və ya * -dan ad genişlənmələrində işlənə bilməz.

© azfizik

Ünvan

Seyran Əliyev

Адрес: Lənkəıan rayon Boladi kənd Nahir Axundov adına 1 saylı tam orta məktəbi


Телефон: +994703404097

E-mail: Seyranaliyev@mail.ru

Конструктор сайтов - uCoz