ASTRONOMİYA 

Ayda zəlzələ olarmı?
Elm adamları Ayda, dünyamızdakı kimi zəlzələ olub olmadığını araşdırdılar. Və edilən araşdırmalar nəticəsində zəlzələ olduğu elmi olaraq açıqladılar. Bu araşdırma əsnasında Apollo proyekti ilə dəlil qazandırdılar. Aya gedən kosmos adamları sismograf deyilən sarsıntıları yazan alətləri ay səthlərinə yerləşdirdilər. Aydakı sarsıntıları yazıb anında dünyaya bildirəcək şəkildə hazırladılar. Bunlardan dörd dənəsi 1977-ci ilin sonlarına doğru əldə etdikləri məlumatları dünyaya göndərməyə davam etdilər. Bu sismografları sırasıyla Apollo 12.14.16 nın astronavtları yerləşdirdi.
Bu alət sayəsində dünyaya göndərilən məlumat sayəsində, Ay da üç müxtəlif sarsıntının varlığı ortaya çıxdı. Birinci sarsıntı geoloji faktorlu yəni bizim bildiyimiz dünyada da olan zəlzələ, İkincisi, dünyanın çəkiliş qüvvətindən meydana gələn yəni ayın çəkilişi səbəbindən, dünyadakı qabarma-çəkilmənin olmasından qaynaqlanan zəlzələ şəklidir. Dünyada sularda qabarma-çəkilmə hadisəsini yaşayırıq bu qabarma-çəkilmə hadisəsi bilindiyi kimi yalnız suda olmamaqdadır, dünyanın bərk/qatı quruluşunda da meydana gəlir buda ay da zəlzələyə gətirib çıxarır. Üçüncüsü isə yəni ən əhəmiyyətlisi meteoritlərin ay səthinə çarpmasından irəli gələn sarsıntıdır. Ayın ətrafında atmosfer olmadığından kosmosdan gələn meteoritlər önlərində heç bir maneə yoxdur beləcə Ay səthinə sürətli çarpmaqdadır. Bu da sarsıntıya səbəb olmaqdadır.
1977-ci ilin iyul ayının sonuna qədər, 8 il boyunca seysmograflar 12032 sarsıntı qeyd etmişdir. Ayda 12032 sarsıntının 32 si birinci növ sarsıntı, yəni geoloji səbəbli, 2800 ü ikinci növ zəlzələ yəni qabarma-çəkilmə hadisələrindən meydana gələn sarsıntı, 1700 ü üçüncü növ sarsıntı yəni meteoritlərindən meydana gələn sarsıntı, 7500 də hələ müəyyən bir sinifə qoyulmamışdır. 13 May 1972 günü meydana gələn sarsıntını Aydakı dörd seysmograf yazıb dünyaya bildirdi. Əldə edilən məlumatların araşdırılması, bu sarsıntının Ay yüzünə düşən və ağırlığı bir neçə ton olan bir meteoritindən meydana gəldiyi ortaya çıxdı. Vuruşma o qədər şiddətli idi ki elm adamları belə bir hadisənin ancaq 200 ton dinamitin partlaması nəticəsi əldə edilə biləcəyi hesabladılar. Sarsıntının şiddətiylə kosmosa atılan meteoritlər 140 km radiuslu bir sahəyə saçıldılar.
Aydakı zəlzələ hər il özünü təkrar etməkdədir. Aprel və iyun aylarında sarsıntılar çox sıx meydana gəlməkdədir. Ay səthində 100 km olan bir alan/sahə üzərinə hər üç gündə bir meteorit düşməkdədir. Lakin bunun səbəbi edilən araşdırmalar nəticəs(n)i ol/tapıla bilməməkdədir. Bu araşdırmalar bir gerçəyi daha gün yüzünə çıxarmaqdadır. Dünyamızı qucaqlayan atmosfer bizi meteoritlərindən necə qoruduğunu ortaya qoymaqdadır. Hər gün səmadan meteorit düşmə ehtimalı insanları necə qorxuya sürüyəcəyi təxmin etmək çoxda çətin olmaz.  

 

Яндекс.Метрика

Ünvan

Seyran Əliyev

Адрес: Lənkəıan rayon Boladi kənd Nahir Axundov adına 1 saylı tam orta məktəbi


Телефон: +994703404097

E-mail: Seyranaliyev@mail.ru

© azfizik

Конструктор сайтов - uCoz