İNFORMATİKA

Smayliklərin tarixi

Virtual ünsiyyətdə mimika, jestlərin ifadəsi zamanı istifadə etdiyimiz smayliklərin də bir tarixi var. İlk dəfə sarı gülümsəyən üzü Amerika rəssamı Harvey Boll çəkib. Bu smaylikin yaranma tarixi qəribədir.
1960-cı illərin əvvəllərində Amerikada iri sığorta şirkətlərinin birləşməsi prosesi başlamışdı. Proses çox ağır getdiyindən əməkdaşların ümidsizliyi onları əsəbi, çaşqın və kədərli etmişdi. State Mutual Life Assurance Cos of America şirkətinin nümayəndələri öz əməkdaşlarının hər dəfə müştərilərlə görüşdükdə, telefona yaxınlaşdıqda və ya sənədlərlə işlədikdə gülümsəməyə “məcbur etmək” qərarını verirlər.
Bu məqsədə nail olmaq üçün qeyri-adi reklam kampaniyası keçirmək qərara alınır, lakin yadda qalan simvol olmasını istəyirlər. Bunun üçün Harvey Bolla müraciət edirlər.
Bollun söylədiklərinə görə o smaylikin hazırlanmasına on dəqiqədən çox vaxt sərf etməyib. Bu işi yerinə yetirmək üçün ona 45 dollar ödəyiblər. Boll bu işdə müəllif hüququnu heç vaxt müdafiə etməyib.
İlk smaylik sancağa bərkidilmiş döş nişanı kimi hazırlanıb şirkətin işçilərinə və müştərilərə paylanmışdı. Şirkət müştəriləri və agentləri onu çox bəyəndilər və tezliklə on min ədəd belə döş nişanı sifariş edilir.
Lakin bütün dünyada məşhur olan smaylik 1970-ci ildə İspaniyadan olan iki qardaş smaylik üçün “Have a happy day” şüarını fikirləşdikdə yaranıb. Belə şüarla olan smaylik dərhal məşhur oldu, tezliklə smaylikləri emblem, açıqça, futbolka və beysbolkalarda, bir sözlə sürətlə satılan hər bir şeyin üzərində görünməyə başladı.
Sonralar başqaları da oldu ki, smaylik simvolunu öz ticarət markalarında qeydiyyatdan keçirdilər, amma Boll smaylik şəklini qeyri-qanuni olaraq yayanlara qəzəb və nifrət hiss etmədi və onları məhkəməyə də vermədi. Boll özünü xoşbəxtliyin beynəlxalq səfiri kimi hiss etdiyini bildirib və hətta bir oktyabr Beynəlxalq təbəssüm günü (World Smile Day) elan edib.
Hal-hazırda Harvey Boll tərəfindən əsası qoyulan “Dünya təbəssüm korporasiyası”na (World Smile Corporation) oğlu Çarlz rəhbərlik edir. Bu korporasiyanın vergiləri ödəndikdən sonra yerdə qalan bütün gəlirlər xeyriyyə fəaliyyətinə sərf edilir. Çarlz: “Biz bütün dünyadakı uşaqlara kömək edirik. Smayliki istifadə edən heç bir digər korporasiya bunu etmir”.

© azfizik

Ünvan

Seyran Əliyev

Адрес: Lənkəıan rayon Boladi kənd Nahir Axundov adına 1 saylı tam orta məktəbi


Телефон: +994703404097

E-mail: Seyranaliyev@mail.ru

Конструктор сайтов - uCoz