Mobil rabitә vә informasiya tәhlükәsizliyi.
Müasir şәraitdә milli informasiya resursları hәr bir dövlәtin iqtisadi vә hәrbi qüdrәtinin әsas mәnbәlәrindәn birinә çevrilmәkdәdir. Cәmiyyәtin vә dövlәtin bütün fәaliyyәt sahәlәrinә nüfuz edәn informasiya-mә`lumat sistemlәri artıq konkret siyasi vә maddi keyfiyyәtlәr kәsb etmәkdәdir. Odur ki, son illәrdә әksәr ölkәlәrdә milli tәhlükәsizliyin әcac tәrkib hissәsi kimi informasiya tәhlükәsizliyi mәsәlәsinә xüsusi diqqәt yetirilir. İnformasiya tәhlükәsizliyi problemi beynәlxalq inteqrasiya proseslәrinә qoşulan Azәrbaycan üçün dә, xüsusәn dә normal münasibәtlәrdә olmayan qonşularımız Rusiya, Ermәnistan vә İran son dövrlәrdә informasiya mәsәlәlәrinә çox ciddi girişdiyi bir dövrdә, mühüm әhәmiyyәt kәsb edir. Өtәn yazılarda bilavasitә Qlobal Şәbәkә (İnternet) ilә bağlı mәmlәkәtimin informasiya tәhlükәsizliyi mәsәlәlәrinә toxunulduğu üçün, bu yazıda mobil rabitә sahәsindә mövcud problemin hansı vәziyyәtdә olduğunu az da olsa araşdırmaq qәrarına gәldik. Problemin mahiyyәtinә varmaq üçün mobil telefonların işlәmә prinsipinә qısa da olsa nәzәr salmaq mәqsәdә uyğun olardı . Hәr bir mobil telefon aparatı bir qәbuledici - ötürücü radiostansiyadır. Hәr bir mobil telefon aparatına onun istehsalçısı tәrәfindәn xüsusi nömrә (ESN - kod) verilir vә bu , xüsusi mikrosxem vasitәsilә aparata yerlәşdirilir. Aparatı mobil rabitә şәbәkәsinә qoşan hәr hansı Operator isә (mәs: Azersell vә ya Baksell) әlavә olaraq hәmin mikrosxemә xüsusi identifikasiya nomrәsi (MIN-kod) dә yerlәşdirir. Hәr bir mobil rabitә şәbәkәsi (deyәk ki, Azersell vә ya Baksell) әsasәn aşağıdakı komponentlәrdәn ibarәtdir. a) Mәrkәzi İdarәetmә Mәntәqәsi (MİM) b) Baza stansiyası vә onun nәzarәtedici-idarәedici qurğusu v) Mobil telefon aparatı Mobil telefon sisteminin әsas iş prinsipi, әhatә zonasının (xidmәt göstәrilәcәk regionun) mәhdud radiuslu coğrafi zonalara bölünmәsindәn ibarәtdir. (Şәklә bax). GSM texnologiyası üçün bu cur zonaların radiusu 0,5 km - 35 km arasında olur. Hәr bir coğrafi zona daxilindә mobil telefon bağlantısı isә hәmin zonaya xidmәt edәn Baza stansiyaları tәrәfindәn tәnzimlәnir vә bütün Baza stansiyalarının kabel vә ya radiorele vasitәsilә birlәşdirildiyi Mәrkәzi İdarәetmә Mәntәqәsi tәrәfindәn idarә olunur. Baza stansiyaları yüksәk tezlikli mobil telefon siqnallarını aşağı tezlikli adi telefon siqnallarına çevirәn qurğularla tәmin olunur. Hәr bir Baza stansiyası müntәzәm olaraq mobil telefon aparatları üçün xidmәti siqnal göndәrir. Mobil telefon aparatı hәmin siqnalı qәbul edәrәk, mәxüsusi MIN vә ESN kodları haqqında mәlumatı Baza stansiyasına ötürür. Bu әmәliyyat zamanı hәr bir konkret mobil telefon sahibi identifikasiya olunur, ona konkret hansı Baza stansiyası tәrәfindәn xidmәt olunacağı müәyyәnlәşir. Mobil telefon sahibi zәng edәrkәn, Baza stansiyası öz әhatә dairәsi daxilindә boş olan tezlik xәtti ilә siqnalı qәbul edir vә MİM-ә ötürür, o isә öz növbәsindә siqnalı zәngi qәbul edәcәk mobil telefon sahibinin yerlәşdiyi zonaya xidmәt edәn Baza Stansiyasına ötürür. Әgәr mobil telefon sahibi danışarkәn bir zonadan başqa bir zonaya keçirsә, siqnallar da avtomatik olaraq müvafiq Baza stansiyalarına ötürülür. Zonaların sayını artırmaq vә onların radiusunu qısaltmaqla mobil rabitәnin gücünü xeyli yüksәltmәk mümkündür. Yeri gәlmişkәn. Konkret zona daxilindә eyni zaman anında mobil telefonlardan istifadә edәnlәrin sayının çoxluğu hәmin zonaya xidmәt edәn Baza stansiyasının işini iflic edir. Çünki, eyni zonada deyәn ki, 30-40 cüt kanal varsa, bütün kanallar da mәşğuldursa yeni qoşulmaq istәyәn abonenti sistemә qoşiaq üçün Baza stansiyası boş kanal tapa bilmir vә abonent gözlәmәyә mәcburdur. Mәsәlәn, kütlәvi tәdbirlәr keçirilәn әrazilәrdә, tutaq ki, insanları daHa çox yığışdığı Fәvvarәlәr Meydanında (xüsusәn axşamlar) mobil rabitә yaratmaq ciddi problemә çevrilir. (Tәbii ki, mәn xüsusi xidmәt orqanlarının Mobil Telefon Operatoruna tәsir etmәklә mobil rabitәnin mәhdudlaşdırılması istiqamәtindә addımlarını da istisna etmirәm . Әgәr kütlәvi tәdbir keçirilәn әrazidә mobil rabitәsi "susdurulmuş" şәxsin telefonu qonşu zonalarda da (tәxminәn bir neçә yüz metrdәn bir-iki km-dәk olan әrazidә ) işlәmirsә , demәk Operatorun müdaxilәsi şәksizdir.) Mobil rabitә sisteminin әsas ideyası isә qonşu olmayan zonalarda işlәyәn Baza stansiyalarının qәbuledici-ötürücü qurğularının eyni tezlikdәn eyni zamanda istifadә edilmәsinә әsaslanır ki, bu da mәhdud tezlik probleminin aradan qaldırılmasına, rabitәnin keyfiyyәtinә әsaslı tәsir göstәrir. İnformasiya tәhlükәsizliyi Mobil telefonlardan istifadә edәrkәn tәhlükәsizlik mәsәlәsi nәinki fiziki mahiyyәt (aparatın itirilmәsi, oğurlanması vә s) kәsb edir, әksinә daha çox aparat vasitәsilә ötürülәn vә qәbul edilәn informasiyanın (danışıq vә ya tekst mә`lumatları) tәhlükәsizliyi mәsәlәsi daha ciddi әhәmiyyәt kәsb edir. Mobil telefon sistemindә bir neçә növ tәhlükәsizlik tәdbirlәri nәzәrdә tutulub. Aparat sahibinin hәqiqiliyini aşkara çıxarmaq üçün bütün özәl informasiyaların yerlәşdirdiyi SIM-kartın audentifikasiyası mexanizmi tәtbiq olunur ki, bu da sistemә qeyri-qanuni girişin qarşısını almağa xidmәt edir. İkinci tәhlükәsizlik tәdbiri ötürülәn mәlumatın dinlәmәsinin vә ötürülmә istiqamәtinin tәyin edilmәsinin qarşısını almaq üçün xüsusi alqoritmlәri hәyata keçirәn şifrәlәmә әmәliyyatıdır. Hazırda GSM texnologiyası әn müasir şifrәlәmә hәyata keçirilәn standartlardan biri hesab olunur. Lakin bütün bunlar heç dә o demәk deyildir ki, mobil rabitә tamamilә tәhlükәsizdir. Artıq mobil telefon danışıqlarının elektron üsulla әldә olunması vә dinlәnilmәsi haqqında qәrb mәtbuatında xeyli yazılar yazılmaqdadır. Xüsusi xidmәt strukturları, detektivlәr, xakerlәr xüsusi aparatlarla mobil telefon danışıqlarını yazır vә qulaq asırlar. Hәtta bir İsrail vәtәndaşı tәrәfindәn GSM sistemi ilә ötürülәn mәlumatların şifrәlәmә alqoritminin sirrinin açılması haqqında İnternetdә mәlumat yayılıb. Kәnar şәxslәr vә qurumlar tәrәfindәn mobil telefon danışıqlarına qulaq asmaq nә qәdәr çәtindirsә, xüsusi xidmәt strukturlarının әlindә bu adi bir şeydir. Rusiyada mobil telefon danışıqlarına total nәzarәtlә bağlı Rusiya Rabitә Nazirliyinin FSB-nin birgә rәsmi qәrarları mövcuddur (Rusiya Rabitә nazirliyi, Әmr¹9, 31.01.96. "Mobil rabitә sistemindә operativ әmәliyyat axtarış tәdbirlәrinin tәşkil edilmәsi haqqında", 25 iyul 2000-ci il, әmr¹130 "Mobil telefon şәbәkәsindә әmәliyyat-axtarış tәdbirlәrinin tәşkil edilmәsi ilә bağlı texniki vasitәlәr sisteminin tәtbiqi qaydaları"). İnternetlә ötürülәn informasiyalara nәzarәtlә bağlı Rusiya Rabitә Nazirliyinin qәrarlarında olduğu kimi burada bu sәnәdlәrdә dә bütün informasiya trafikinın FSB-nin ofisindә quraşdırılmış xüsusi idarәetmә-qulaqasma qurğusundan keçmәsi nәzәrdә tutulur. Rusiya ilә rouminq rabitәsindә iştirak edәn Azәrbaycan üçün bunun nә drәcәdә önәmli mәsәlә olduğunu yәni ki, әn azı MTN vә Әks Kәşfiyyat strukturları daha yaxşı bilir. Bizim özümüzdә mobil telefon danışıqlarının xakerlәr tәrәfindәn elәcә dә digәr fiziki şәxslәr vә qurumlar tәrәfindәn qeyri qanuni dinlәnilmәsi faktı hәlәlik müәllifә mәlum deyil. Ancaq "Operativ әmәliyyat-axtarış tәdbirlәri haqqında" Azәrbaycan Respublikası Qanununda nәzәrdә tutulan әmәliyyat-axtarış tәdbirlәrin hәyata keçirmә qaydaları vә gizli qaydada informasiyanın alınması üçün istifadә olunan texnoloji proqram avadanlığı istehsalı, satışı, ölkәyә gәtirilmәsi, elәcә dә onların xarakteristikası haqqında hәlәlik heç bir hüquqi sәnәd qәbul edilmәyib. Qeyd olunan tәdbirlәrin hansı formada keçirilmәsini isә bir mobil telefon operatoru bilir, bir dә danışığa qulaq asan. "Dublikat" mobil telefon aparatı " Beynәlxalq Mobil Telefon Assosiasiyasının (STIA - Cellilar Telecommunications Industru Association) mәlumatına görә tәkcә ötәn il mobil rabitә sahәsindә fırıldaqlara görә dәyәn zәrәr 12 milyard $ -a çatır. Fırıldaq isә әsasәn mobil telefon aparatının identifikasiya kodunun әlә keçiriomәsi (başqa sözlә desәk telefon aparatının "dublikatının" çıxarılması) yolu ilә hәyata keçirilir. Yәni mobil telefon sahibinә mәxsus olan vә SIM- kartda yerlәşdirilәn informasiya xüsusi mәharәtlә әldә olunur vә başqa bir SIM - karta yaızılır. Bu proses xüsusi skaner vasitәsilә (adi mobil telefon aparatı formasında) Hәr hansı bir mobil telefonun Baza stansiyasının çağırış siqnallarına cavab verәrkәn göndәrdiyi cavab siqnalının әlә keçirilmәsi yolu ilә hәyata keçirilir. Dublikatı çıxarılmış telefon aparatı ilә yalnız zәng etmәk olur. Qısası, daxil olan zәnglәri eyni tezlikdә qәbul edәn, eyni nömrәyә malik iki telefon aparatı olur. Bu әmәliyyat nәticәsindә zәrәr çәkәn isә yalnız, kopiyası çıxarılmış mobil telefon sahibi olduğundan, Mobil Telefon Operatorları bu cür fırıldaqlara o qәdәr dә әhәmiyyәt vermirlәr. Çünki onsuz da, necә deyәrlәr , kontur gedir, kimsәnin cibindәn çıxmasından asılı olmayaraq pul da yazılır. Өz haqq-hesabına vә ya konturuna nәzarәt edәn mobil telefon sahibi isә gözlәnilmәz haqq-hesablarla rastlaşdıqda mәcburdur ki, Mobil Telefon Operatoruna müraciәt etsin vә aparatı yenidәn proqramlaşdırsın. Koordinatorların müәyyәnlәşmәsi. Artıq mobil telefon sahibinin koordinatlarının (yerlәşdiyi yerin) müәyyәn edilmәsi, elәcә dә xeyli müddәt әvvәlki coğrafi yerdәyişmәlәrinin müәyyәn edilmәsi elә bir ciddi problem deyil. Belә ki, işlәk vәziyyәtdә olan mobil telefondan ötürülәn siqnalları әn azı üç nöqtәdәn qәbul edәn xüsusi avadanlıq (pelenqator) vasitәsilә abonentin dәqiq koordinatı tәyin edilir. Hәmçinin Mobil Telefon Operatorunun Mәrkәzi İdarәetmә Mәntәqәsindәki kompyuterlәr hәr bir mobil telefon sahibinin Baza stnasiyalarına ötürdüyü özәl identifikasiya mә`lumatlarını analiz edir vә onun hәrәkәtini "izlәyir". Bu halda dәqiq koordinatın müәyyәn edilmәsi isә әrazinin topoqrafiyasından, Baza stansiyasının vәziyyәtindәn, xüsusәn dә onun әhatә radiusundan asılıdır. Ümumiyyәtlә bu metodla abonentin yerini tәxminәn 80-100 m dәqiqliklә tapmaq mümkündür. Belәlikә, hәr bir şәxsin mobil telefonundan ötürülәn siqnallar Baza stansiyaları tәrәfindәn qәbul edilәrәk yenidәn işlәnir vә bu mә`lumatlar müntәzәm olaraq MİM-in kompyuterlәrinә yazılır vә 2 aydan - 7 ilәdәk müddәtә yaddaşda saxlanılır. Yeri gәlmişkәn Avropa ölkәlәrinin xüsusi xidmәt strukturları müxtәlif әmәliyyatları yerinә yetirәrkәn, bәzi cinayәtlәrin üstünü açarkәn mobil telefon sisteminin texnologiyasından mәharәtlә istifadә edirlәr. Әgәr mobil teleofon aparatı oğurlanıbsa vә ya itibsә sahibinin arzusuna uyğun olaraq Mәrkәzi Operator ESN - nömrәsi vasitәsilә ilә ya aparatı bütün dünya ölkәlәri üzrә eyni standartda işlәyәn operatorların kompyuterlәrinin "qara siyahısına" saldırır (yәni ona xidmәt göstәrilmir), ya da itmәsi vә ya oğurlanması haqqında әgәr polisdәn arayış varsa ,yenә dә ESN -nömrәsi vasitәsilә onun koordinatorlarını vә başqa mәlumatları dәqiqlәşdirәrәk polisin kömәyi ilә aparatı sahibinә qaytarır. Dublikat nömrәni isә (itmiş nömrә ilә eyni olan nömrәni) dәyәrinin tәxminәn yarısını ödәmәklә yenidәn әldә edә bilәrsiniz. Bu halda, çox tәәssüf ki, itirilmiş nömrәnizin yaddaşı bәrpa edilmir. Mobil rabitә vә İnternet Bir-iki il öncәyәdәk soruşsaydılar ki, hansı üsulla İnternetә girişi kütlәvilәşdirmәk olar, heç kimin ağlına gәlmәzdiki, mobil rabitә sistemi ilә -deyә cavab versin. Hazırda isә bütün dünyada mobil telefon sistemi sürәtlә İnternet texnologiyalarını mәnimsәmәkdәdir. Yeni WAP - protokolu mobil telefon vasitәsilә tanış İnternet resurslarına baxmağa imkan verir. Belәliklә, mobil infrastrukturla İnternet infrasturkturanın birgә yaradılması zәrurәti ortaya çıxır. Bu isә informasiyanın ötürülmәsi ilә bağlı, informasiya tәhlükәsizliyi ilә bağlı yeni-yeni problemlәr demәkdir. Әn qәribәsi isә ondan ibarәtdir ki, artıq "mobil telefon virusu" anlayışı ortaya çıxıb. "Qısa mesaj" xidmәti servisindәn istifadә edәn xakerlәr İnternetә qoşulmuş kompyüterlәr vasitәsilә mobil telefonlara "virus"lar (dağıdıcı proqramlar) vә İnternet istifadәçilәrin zәhlәsini tökmüş spamerlәr (arzuolunmaz vә tәlәb edilmәyәn reklam mәlumatları) göndәrilmәyә başlanıb. Hәlәlik "mobil telefon virus"ları Sim kart vә Smart kartdakı informasiyaları dağıda bilmәyibsә dә, artıq mobil telefon operatorları öz MİM-dәki serverlәrdә anti virus paketlәri yerlәşdirmәk üzәrindә düşünürlәr.İnformasia tәhlükәsizliyi mәsәlәsi İnternet provayderlәrdә olduğu kimi, mobil operatorların da başının üstünü alıb. Dövlәt ,mobil rabitә vә tәhlükәsizlik Dövlәtin İnternet vә mobil rabitә infrastrukturlarının birgә yaratmasmını zәruri edәn әsas amillәrdәn biri dә mobil rabitә sisteminin son dövrlәrdә, hәtta peyk rabitәsi sistemini dә. yumşaq dildә desәk sıradan çıxarılmasıdır. Bir-iki il öncә hay-küylә reklam olunan Motorola kompaniyasının rәhbәrlik etdiyi İridium Qlobal peyk rabitәsi şәbәkәsi 10 milyard dollar xәrc çәkilmәsinә baxmayaraq iflasa uğradı. İridium layihәsinә mәxsus olan 66 әdәd peyk vә yerüstü peyk avadanlıqlarını isә cәmi 50 milyon dollara satmaq planlaşdırılır. Peyk avadanlıqlarının 10-15 ilә öz xәrcini ödәmәsi vә özünü doğrultması, cәmi 1-2 ilә kәskin keyfiyyәt dәyişikliklәrinә uğrayan kompyüter- rabitә texnologiyalarının inkişafına tab gәtirә bilmir. Mobil rabitә sisteminin sürәtli inkişafı bütün fәaliyyәt sahәsi ilә mәşğul olanları ciddi düşünmәyә mәcbur edib. Amerika qәzetlәri nәinki özlәrinin İnternet sәhifәlәrini yaradır, eyni zamanda qәzetlәrin mobil telefon texnologiyası ilә әldә olunacaq variantı üzәrindә işlәyirlәr. Nәhәng şirkәtlәr sәs musiqi vә video faylların mobil telefonla alınması üzәrindә çalışırlar. İnkişaf etmiş ölkәlrәdә artıq mobil telefonlarla bank hesablaşmaları aparılır, elektron mәktublaşma hәyata keçirilir. Өlkәmizdә mobil rabitә bazarının әsas nәzarәt paketlәri dövlәtin әlindәdir. Hәlәlik yalnız iki mobil telefon opreatoru fәaliyyәt göstәrir. Gәlәn ilәdәn isә razılığa görә bu iki operatorun monopoliyasına son qoyulur. Yeni mobil rabitә operatorlarının bazara daxil olması isә qiymәtlәrin kәskin şәkildә aşağı düşmәsinә, istifadәçilәrin kәskin şәkildә artmasına gәtirib çıxaracaq (Cәmi ilyarım öncә İnternet xidmәti göstәrәn 2-3 provayder olduğuna görә internetin 1 saatı üçün 4-5$ ödәmәk lazım gәlirdi). Hazırda mobil telefon istifadәçilәri sayının artıq 0,5 milyona yaxınlaşdığı, İnternet istifadәçilәrinin dә sayının tәxmini 10 minәdәk olduğunu, elәcә dә yaxın perspektivdә mobil rabitә sahәsindә ciddi sıçrayışların labüd olduğunu nәzәrә alaraq tam yәqinliklә deyә bilәrәm ki, kommunikasiya vә informasiya tәhlükәsizliyi sahәsindә mәnim mәmlәkәtimi ciddi sınaqlar gözlәyir. Mobil rabitә sisteminin gәlәcәk inkişafı üçün indidәn әn mürәtәqqi texnologiyalara üstünlük verilmәlidir. Dünyada artıq 3-cü nәsil mobil telefon sistemlәri tәtbiq olunmağa başlayıb. Artıq Avropada bütün dünya mobil telefon sistemlәrini özündә birlәşdirәcәk UMTS (Universal MobileTelecommunications Sistem) standartı üzәrindә iş aparılır. Ümumiyyәtlә hesab edirәm ki, dövlәt Mobil infrastruktur vә İnternet infrastrukturlarının dünya standartlarına uyğun formalaşdırılmasına xüsusi diqqәt yetirmәli , haqlı rәqabәti inkişaf etdirmәk üçün bütün mobil telefon operatorların vә internet provayderlәrinin hәr birinә eyni şәrait yaratmalı, informasiya tәhlükәsizliyinin dövlәt sistemini formalaşdırmalıdır. Mobil operatorlar arasındakı münasibәtlәrin dә normal olması ciddi mәsәlәlәrdәn birisidir. Өzәl tәhlükәsizlik Bütün bu tәdbirlәrin (elәcә dә dәfәlәrlәdeyilәn lakin nәticәsi olmayan köklü problemlәrin, "Azadlıq" 01.03.2000 "İnternet vә Dövlәt" 04.07.2000 "İnternet vә informasiya tәhlükәsizliyi") hәyata keçirilmәsinin әsas ağırlığın hökumәtin üzәrinә düşdüyünü vә mәmlәkәtimdә hәlәlik informasiya tәhlükәsizliyini ilә mәşğul olan heç bir dövlәt quruluşunun olmadığını nәzәrә alaraq "Multimedia" Mәrkәzi mobil telefon sahiblәrinә öz şәxsi vә informasiya tәhlükәsizliyinin qorunması üçün yalnız özlәrinin edә bilәcәyi aşağıdakı tәdbirlәr nәzәrә almağı tövsiyyә edir: 1. Yalnız vә yalnız rәqәmli telefon sistemlәrindәn istifadә edin. 2. Әgәr gedәcәyiniz vә ya olduğunuz yer haqqında kimsәnin bilmәmәsini istәyirsinizsә mobil telefonunuzu söndürün. 3. Ümumiyyәtlә biznes әmәliyyatları barәdә ifrat özәl mәlumatlar (kredit kartı, parollarınız vә s.) haqqında mobil telefonla mәlumat ötürmәk mәslәhәt görülmür. 4. Hәm özünüzün, hәm dә başqalarının tәhlükәsizliyini istәyirsinizsә yanacaq doldurma stansiyalarında, xüsusi hәsasa aparatlar olan xәstәxanalarda, tәyyarәdә vә elәcә dә avtomobili idarә edәrkәn mobil telefondan istifadә etmәyin (Yeri gәlmişkәn әn son mәlumata görә avtomobili idarә edәrkәn mobil telefonlardan istifadәyә görә Almaniyada 32$ cәrimә ödәnilmәsi haqqında qәrar qәbul edilib. 5. Mobil telefon aparatının ESN nömrәsini gizli saxlayın. Telefon aparatı oğurlandıqda vә itdikdә Operatora müraciәt edin. Tapılmasını arzulayırsınızsa polisdәn arayış da götürmәyi unutmayın. 6. Mobil aparatınıza PİN kod yerlәşdirin. 7. Mobil aparatınızın "dublikat"ının çıxarılıb-çıxarılmamasını öyrәnmәk üçün tez-tez konturunuzu vә ya haq-hesabınızı dәqiqlәşdirin. Başqasının sizin hesabınıza danışdığına әminsinizsә tәcili Operatora müraciәt edin. 8. İnternetә qoşulmuş kompyüterlәr vasitәsilә mobil telefonunuza şübhәli görünәn mesaj (vә ya Sizin tәlәb etmәdiyiniz hansısa reklam mәlumatı) daxil olarsa, elәcә dә mobil telefonla internetә qoşulduqda aparatınızda qeyri-adilik müşahidә etdikdә Operatora müraciәt edin. (İnternet vasitәsilә mesaj göndәrildikdә mobil aparatınızda "Hesabat" menyusunda adi mobil tel nömrәsi deyil, çox rәqәmli bir әdәd yazılır).
Səhifəni hazırladı: Lənkəran r/n Boladi k 1 saylı tam orta məktəbin Fizika-Informatika müəllimi Seyran Əliyev.


seyranaliyev@mail.ru

© azfizik

Ünvan

Seyran Əliyev

Адрес: Lənkəıan rayon Boladi kənd Nahir Axundov adına 1 saylı tam orta məktəbi


Телефон: +994703404097

E-mail: Seyranaliyev@mail.ru

Конструктор сайтов - uCoz