BİOS

Əməli yaddaşdan əlavə daimi yaddaş da mövcuddur. Daimi yaddaşdakı informasiya dəyişdirilə bilməz, kompüterdə icra olunan proqramlar yalnız onu oxuya bilər. Belə yaddaş ROM (Read Only Memory) - yalnız oxunan yaddaş) adlanır. Kompüteri söndürdükdə belə ordakı informasiya dəyişilməz qalır. 

Daimi yaddaşda kompüter qurğularının yoxlanılması, əməliyyat sisteminin başlanğıc yüklənməsi və kompüter qurğularına xidmət edən baza funksiyalarının icrası üçün proqramlar yerləşir. Bu proqramların böyük hissəsi giriş-çıxış xidməti ilə bağlı olduğuna görə çox vaxt daimi yaddaş BIOS (Basic Input-Output System - Giriş-Çıxış Baza Sistemi) adlanır.

"BIOS"da həmçinin kompüter ayarlarının parametrini tənzimləyən proqram yerləşir (SETUP). Həmin proqram vasitəsilə kompüter qurğularının xüsusiyyətlərini tənzimləmək olur. SETUP proqramı klaviaturadakı düymə və ya düymələr kombinasiyası vasitəsilə çağrıla bilər.

Fərdi kompüterlərə xidmət göstərən proqramların işləməsi üçün tarix, saat, kompüterin ayarı haqqında müəyyən informasiya lazım olur. Bu informasiya CMOS RAM-da saxlanılır. Bu yaddaş CMOS (Complementary Metal Oxide Semiconductor - Metal Oksid Yarımkeçirici Kristal) texnologiyası əsasında icra olunur və az enerji sərf edir. CMOS yaddaşdakı informasiya kompüter söndükdə belə pozulmur; onun enerji mənbəyindən qidalanması ana lövhədə yerləşdirilmiş xüsusi akkumlyator vasitəsilə mümkün olur.

© azfizik

Ünvan

Seyran Əliyev

Адрес: Lənkəıan rayon Boladi kənd Nahir Axundov adına 1 saylı tam orta məktəbi


Телефон: +994703404097

E-mail: Seyranaliyev@mail.ru

Конструктор сайтов - uCoz