İNFORMATİKA 

 

                     Sistemin Analiz və Defraqmentasiya edilməsi

Sistemin Analiz və Defraqmentasiya edilməsinin sistem üçün faydası bundan ibarətdir ki, kompüter çalışarkən zaman zaman yaddaşda boşluqlar yaranır. Bu boşluqların olması kompüterin işləmə sürətinə mane olur. Biz sistemi analiz və defraqmentasiya etməklə sistemimizi səliqəyə salırıq. Analiz zamanı yaddaşdakı boşluqlar müəyyən edilir. Bundan sonra defraqmentasiya edilir. Defraqmentasiya ilə sistem faylları səliqə ilə köçürülür, yaddaş səliqəyə salınır və kompüterimizdəki boşluqlar aradan qaldırılır.

Bunun üçün ilk olaraq Pusk ---> Vse proqraqrammi ---> Standartnie ---> Slujebnie ---> Defraqmentasiya diska ardıcıllığını edərək defraqmentasiya pəncərəsini açırıq.

Açıılan pəncərədə C diskini qeydə alıb Analiz düyməsinə klikləyirik

 Analiz bitdikdən sonra aşağıdakı şəkildə gördüyünüz kimi kiçik bir pəncərə ilə qarşılaşacağıq. O pəncərədə defraqmentasiya düyməsinə klikləyirik və bununla da defraqmentasiya prosesinə start vermiş oluruq. 

  Bundan sonra defraqmentasiya prosesinin bitməsini gözləyirik. Bu proses bitənədək kompüterdə heç bir iş görmürük. Çünki bu zaman sistem faylları hamısı ramdan keçir və bununla da ramı gücə salmış olurlar. Defraqmentasiya bitdikdən sonra kompüteri perezaqruzka edirik və rahatlıqla komüterimizdən istifadə etməyə başlayırıq.

 

© azfizik

Ünvan

Seyran Əliyev

Адрес: Lənkəıan rayon Boladi kənd Nahir Axundov adına 1 saylı tam orta məktəbi


Телефон: +994703404097

E-mail: Seyranaliyev@mail.ru

Конструктор сайтов - uCoz