Galileo Galilei   

Galileo Galilei (1564-1642) müasir fizikanın və teleskopik astronomiyanın banilərindən olan İtaliyan elm adamıdır. 1564-cü ildə İtaliyanın Pisa şəhərində anadan olub. Zəmanəsinin tanınmış musiqiçilərindən Vincenzo Galilei-in oğlu olan Galileo , ilk təhsilini Florensiyada almışdı. 1581-ci ildə Pisa Universitetində tibb təhsilinə başladı , ancaq maddi çətinlik ucbatından universiteti tərk etdi. 1583-cü ildən riyaziyyat elminə maraq göstərən Galileo , bu sahədə çalışmaları nəticəsində 1589-cu ildə Pisada professor oldu.

Üzən cisimlərin və hərəkətin Aristotel fizikasından fərqli bir düşüncə ilə riyazi olaraq ələ alınmasının lazım olduğuna inanan Galileo , Pisa qalasından ağir bir cisim düşürdərək Aristotelin səhf fikirdə olduğunu göstərdi. Galileonun bu hərəkəti yaşlı professorların heç bir şey anlamamasına səbəb oldu. 1592-ci ildə Pisanı tərk edərək Padova Universitetinə gəldi.

 Galileo 1600-cü ildə termometr, insan ürəyinin döyüntüsünü qeydə alan sayğac və 1604-cü ildə sərbəst düşmənin riyazi qanunlarını kəşf etdi. 1609-cun ildə hollandiyada teleskopun tapıldığını eşitdi, bundan sonra özü daha mükəmməl teleskop düzəldərək astronomiyada istifadə etməyə başladı. 1610-cu ildə aydakı dağlar, ulduz kümələri və Südyolu ilə bağlı ilk tedqiqatları haqqında cəmiyyətə məlumat verdi.
1611-ci ildə Romaya getdi və ordakı Elmlər Akademiyasının üzvi seçildi. Florensiyaya döndüyü zaman hidrostatika ilə bağlı (bu kitab bir çox elm adamının etirazına səbəb olmuşdu) , 1613-cü ildə Günəş ləkələri üçün yazdığı əsərini çap etdirdi. Bu əsərində Kopernik sistemini açıq şəkildə müdafiə edirdi. Ancaq 1616-cı ildə Papa Beşinci Paul tərəfindən Galileonun kitablarını yoxlamaq üçün komissiya quruldu. Bu komissiya Galileonun kitablarına qadağa qoymadı . sadəcə yerin dönməsi iddiasından əl çəkməsini istıdi. Galileo bir müddət elmin praktik tərəfinə döndü , mikroskopu inkişaf etdirdi . Ancaq 1618-ci ildə üç quyruqlu ulduzun görünməsi ilə bağlı kilsə ilə münaqişəyə girdi. Dostunun Səkkizinci Urban olaraq Papa seçilməsindən cəsarət alaraq yazdığı “ İki kainat sistemi üzərində danışıqlar” adlı əsərini çap etdirdi. Ancaq kitab daha əvvəl edilən xəbərdarlıqlara zidd olduğuna görə Roma məhkəməsinə çağrıldı. 1633-cü ildə bu kitab qadağan edildi və Galileonun özü də həbs edildi. Yetmiş yaşında həbs edilən Galileonun gözləri kor oldu və 1642-ci ildə yanvarın 8-də həbsdə olarkən vəfat etdi.

© azfizik

Ünvan

Seyran Əliyev

Адрес: Lənkəıan rayon Boladi kənd Nahir Axundov adına 1 saylı tam orta məktəbi


Телефон: +994703404097

E-mail: Seyranaliyev@mail.ru

Конструктор сайтов - uCoz