Ernest Rezerford
Ernest Rezerford 1871-ci il avqustun 30-da Yeni Zellandiyanın Braytoter şəhərində anadan olmuşdur. İngilis fiziki və kimyaçısı , atom quruluşu və radioaktivlik təliminin banilərindən biri , milliyətcə ingilisdir. Yeni Zellandiyaya köçmüş Şotlandiyalı bir ailənin 12 uşağından dördüncüsü idi. Atası (bir az loru dildə desək) təkər yamayan işləyirdi. Ernest litseyi dövlət hesabına oxuyurdu. Yenə də təhsilini dövlət hesabına davam etdirdiyi Christchurch-dakı Canterbury College-dən 1892-ci ildə lisans(bakalavr), ertəsi il isə yüksək lisans(magistr) dərəcələrini aldı. Canterbury College-da bir il də qaldıqdan sonra dəmirin yüksək tezlikli maqnetik mühitlərdə maqnitləşmə xüsusiyyətləri üzərində tədqiqatlar apardı. Hertz-in bir nəçə il əvvəl tapmış olduğu elektromaqnit dalğalarını qeydə ala bilən dedektor ixtira etdi. 1895-ci ildə ingiltərəyə gedən Rutherford Cambridgə Universitetində Cavendish Laboratoriyasında J.J. Tomson-un yanında çalışmağa başladı. Burada elektromaqnetizm üzərindəki təcrübələrini davam etdirdi və Hertz dalğalarını 3 km uzaqlıqdan göndərib almağı bacardı. 1895-ci il Wilhelm Conrad Röntgen-in X şüalarını tapdığı açıqlamasından sonra J.J. Tomson və Rezerford bu sahədə çalışmağa başladılar. XIX yüz illiyin sonuna gələrkən bir çox elm adamı artıq fizikada bundan sonra kəşf ediləcək bir şey qalmadığı fikrində idi. Ancaq Rutherford 3 il içərisində fizikanın yeni bir sahəsini ortaya çıxardı: Radioaktivlik. Radioaktivliyin fiziki mənasını bir elementin atomunun digər bir elementin atomuna özbaşına çevrilməsi kimi başa düşürdü. Maddənin dəyişməzliyi fikrinə tam bağlanan alimlər bu ideyaya qarşı çıxacaqdı ancaq Rezerford-un bu ideyası sonradan göründüyü kimi öz doğruluğunu isbat edəcəkdi. Bu böyük uğurun ardından Rutherford 1903-cü ildə Royal Society-in müxbir üzvü seçildi.  
Bir il sonra isə Royal Society-in böyük bacarığı olan elm adamlarına verdiyi Rumford Medalı ilə təltif edildi. α zərrəciklərinin elektrik və maqnit sahəsində səpilməsini 1903-cü ildə tapan Rezerford bunların həm də yüklü zərrəcikələr olduğunu aşkar etdi. Rezerford-un 1911-ci ildə yaratdığı "Atom Modeli" onun elmə ən böyük əməyidir. Atomun bu modelinə “ Rezerford Atom Modeli” ya da “Kişmişli Atom Modeli” deyilirdi.Elementlərin radioaktiv parçalanması və radioaktiv maddələrin kimyası sahəsindəki tədqiqatlarına görə 1908-ci ildə kimya sahəsində Nobel mükafatına layiq görülmüşdür. 1914-cü ildə Ernest Rezerford-a Baron adı verildi və 1922-ci ildə Royal Society-nin ən böyük mükafatı olan Copley Medalı ilə təltif edilmişdi. 1922-ci ildə Royal Society-nin prezidenti vəzifəsinə keçdi. E.Retherford 1937-ci ildə oktyabrın 19-da İngiltərənin Cambridge şəhərində vəfat etmişdir.
 

© azfizik

Ünvan

Seyran Əliyev

Адрес: Lənkəıan rayon Boladi kənd Nahir Axundov adına 1 saylı tam orta məktəbi


Телефон: +994703404097

E-mail: Seyranaliyev@mail.ru

Конструктор сайтов - uCoz